Dişli çarx qutuları
• Vizual yoxlama: gövdə və ya qaynaq tikişlərində hər hansı çat və ya zədə olmasının yoxlanılması.
• Sızma: Hərəkətli və ya hərəkətsiz hissələrdə sızmanın yoxlanılması.
• Səs analizi: İstismar zamanı hissələrin qarşılıqlı əlaqəsinə yad olan hər hansı bir səsin olmasının analiz edilməsi və kök səbəbinin təyin edilməsi.
• Titrəmə: daxili komponentlərin səlist hərəkətinin təyin edilməsi üçün vibro analiz edilməsi.
• Temperatur göstəriciləri: İşçi temperaturun kəskin dəyişməsi əsasında nasazlıqlara qarşı önləyici tədbirlər görmək.
• Yağ səvizzəsi və vəziyyəti: İstifadə edilən maye və ya sürtgü yağın tərkibinin analiz edilməsi və avadanlığa uyğunluğu barəsində rəy verilməsi.
• Dişlərin təfişi: Dişlərdə yeyilmənin yoxlanılması, dişlər arası məsafənin normalar daxilində olmasının və dişin modulunda səth boyu kontaktın olmasının və qüvvənin bərabər paylanmasının araşdırılması.
• Yastıqlar: Diyirlənmə yastıqlarda oxboyu və radial hərəkətliliyin yoxlanılması.
• Kipləşdiricilər: Sızma və ya daxili çirklənməyə qarşı hərəkətli və ya hərəkətsiz hissələrdə kipləşdiricilərin yoxlanması və dəyişdirilməsi.
• Mərkəzləşdirmə: Dişli çarx qutusunun qarşılıqlı əlaqədə olduğu mühərrik və intiqal ilə ox boyu mərkəzləşdirilməsi.
• Təmir: Dişli çarx qutusunda olan və yarana biləcək nasazlıqların təmiri.
• Sınaq: Təmir və tənzimləmə işlərindən sonra avadanlığın mərhələli şəkildə yüksüz və ardıcıl olıaraq yük altında funksional sınaq edilməsi.
Daxiliyanma mühərrikləri və generatorlar
• Generatorun yoxlaması: Dolaqlarda və ya naqillərdə zədə olmasının yoxlanılması. izolyasiya müqavimətinin ölçülməsi, yastıqlarda nasazlıqlarının araşdırılması. Təsirlənmə dolağı, alternator və əsas dolağın sarınması. Daxili təmizlik aparılması.
• Elektron diaqnostika: kompyuter diaqnostikası vasitəsi ilə mühərrikdə olan cari və gözlənilən nasazlıqların aşkar edilmə
• Dövri tex. xidmət: Dövri olaraq yağ, soyuducu maye və filterlərin yenisi ilə əvəz edilməsi
• Soyutma sistemi: Sistemə daxil olan əsas və köməkçi hissələrin həmçinin boru və xortumların fiziki vəziyyətinin qiymətləndirilməsi və təmir edilməsi.
• Hava və qaz sistemi: Havalandırma və qaz xaric etmə hissələrinin dəyişdirilməsi və təmir edilməsi
• Sızma: Hərəkətli və ya hərəkətsiz hissələrdə sızmanın yoxlanılması.
• Daxili hissələr: Mühərrik daxili və silindr başlığına daxil olan hissələrin təftişi, təmiri və tənzimlənməsi.
• Əsaslı təmir: Prosedura daxil olan hissələrin yenisi ilə əvəz edilməsi, ehtiyyat hissələrinin siyahısının tərtib edilməsi.
İstilik dəyişdiricilər
• Performansın yoxlanılması: Təzyiq, axın və temperatur diapazonlarına əsasən istilik dəyişdiricilərin performansını qiymətləndirmək.
• Borular: Borularda yaranan tıxanmaların təyin edilməsi, təmizlənməsi, və ehtiiyac yarandığı təqdirdə yenisi ilə əvəz edilməsi.
• Sızma: Daxili və ya xarici sızmaların araşdırılması, sızma yerinin material strukturunun qiymətləndirilməsi və bərpası.
• Erroziya: Daxili hissələrdə və boruların birləşmə qapağında yaranan erroziya yeyilmələrinin bərpa edilməsi.
• NDT: Qaynaq tikişlərinin dağılmayan üsul ilə sınağı.
• Yenidənqurma: Tələb olunan parametrlərdə, məhsuldarlıqda və ölçülərdə yeni istiik dəyişdiricilərin hazırlanması və quraşdırılması.
Elektrik motorları
• Vizual yoxlama: Gövdə və ya qapaqlarda hər hansı çat və yeyilmənin olmasının yoxlanılması və bərpası
• Elektrik yoxlanışlar: Naqillərin və birləşmərin yoxlanılması. Dolaqda nasazlığın aşkar edilməsi.
• Fiziki göstəricilər: Temperatur, titrəyiş və yad səsin analiz edilməsi.
• Soyutma: Soyutma sisteminin normalar daxilində olması və hava axınının ölçülməsi.
• Yastıqlar və mil: Diyirlənmə yastıqlarının dəyişdirilməsi və rotor milin balanslaşdırılması.
• Dolaq: Sarğıda yaranan nasazlıqdan asılı olaraq dolağın yenidən sarınması və izolyasiyanın bərpası.
• Elektrik göstəriciləri: Fazalarda cərəyan şiddətinin nominala uyğun şəkildə axması, gərginlik, izolyasiya müqavimətin ölçülməsi və torpaqlanmanın sınaq edilməsi.
• Quraşdırma və mərkəzləşdirmə: Avadanlığın bünövrə üzərində quraşdırılıması və qarşılıqlı əlaqədə olan intiqal ilə mərkəzləşdirilməsi.
• Sınaq: Təmir və tənzimləmə işlərindən sonra avadanlığın mərhələli şəkildə yüksüz və ardıcıl olıaraq yük altında funksional sınaq edilməsi.
Hidravlik və Pnevmatik sistemlər
• Sızma: Sistemdə olan birləşmələr və digər komponentlərdə xarici sızmanın təyin edilməsi və aradan qaldırılması.
• Yağ: yağ tərkibinin, səviyyəsinin və vəziyyətinin yoxlanılması, ehtiyac yarandığı təqdirdə tərkibinin analiz edilməsi (NAS volume). Filterlərin və yağda yaranan çirklənmənin yoxlanılması.
• Komponentlər: Sistemə daxil olan solenoid, relief, safety, bypass, pilot və check valve-lərin düzgün çalışmasını yoxlamaq.
• Səs və Titrəmə: istismar zamanı yaranan yad səs və titrəyişin analiz edilməsi.
• Boru və xortum: Yağın nəql edildiyi boru və xortumlarda, xortumların birləşmələrində olan görünən və görünməyən çatların aşkar edilməsi.
• Actuator: Sistemdə fəaliyyət göstərən actuator və intiqalların düzgün və səlist işləməsinin yoxlanması.
• Sınaq: Hidravlik və ya pnevmatik sistemin müxtəlif nöqtələrində təzyiqin ölçülməsi və təyin edilmiş parametrə uyğunluğunun yoxlanması.
• Təmir: Hidravlik və pnevmatik motor, nasos, silindrlərin təmir edilməsi, xortumların tələb olunan təzyiqə uyğun olaraq istənilən standarta uyğun birləşmələrlə hazırlanması və sınaq edilməsi.
• Sistemin yuyulması: Bütöv sistemin flush edilməsi.
Elekton sistemlər
• Vizual yoxlama: Elektron hissələrdə, naqillərdə və birləşmələrdə mexaniki zədə, korroziya və ya boşalmaların olmasının yoxlanması.
• Enerji təchizatı: Cərəyan şiddəti, gərginlik, müqavimət və torpaqlanma kimi göstəricilərin ölçülməsi.
• Diaqnostika: Hər növ sensor, rele və çeviricilərin işçi vəziyyətinin yoxlanması və qiymətləndirilməsi. Ehtiyac yarandığı təqdirdə Osiloskop vasitəsi ilə elektron komponentlərdən gələn siqnal və dalğaların ölçülməsi.
• Siqnal testi: Cihazlardan göndərilən və qəbul edilən siqnalların norma dəyərləri daxilində olmasının yoxlanılması.
• Təmir: Dövriyə lövhələrinin və ya ana kartların təmir edilməsi, sıradan çıxmış və ya zədələnmiş hissələrin yenisi ilə əvəz edilməsi. Laborotoriya şəraitində platalar üzərində olan istənilən növ nasazlıqların aradan qaldırılması.
• Programlaşdırma: İdarəetmə bloku və ya ECU yaranan xətaların araşdırılması, təkrar proqramlaşdırılması və kalibrə edilməsi. Proqram təminatlarının quraşdırılması, yenilənməsi və xətaların ləgv edilməsi.
Həcmi və dinamik nasoslar
• Vizual yoxlanış: Nasos və mühərrik hissədə hər hansı zədə, deformasiya və ya çat olmasının yoxlanması.
• Kipləşmə: Fırlanan hissələrdə kipləşmənin yoxlanması, yumşaq və ya mexaniki kipləşdiricilərin vəziyyətinin qiymətləndirilməsi.
• Məhsuldarlıq: Sorma və vurma hissələrində təzyiq və axın parametrlərinin analiz edilməsi. Məhsuldarlığın normalar daxilində olmasının araşdırılması.
• Fiziki göstəricilər: istismar zamanı müxtəlif hissələrdə yaranan yad səs, titrəyiş, normadan artıq temperatur olmasının analiz edilməsi.
• Konstruksiya: Quraşdırılmış nasosların sorma və vurma parametrlərinə uyğunluğunun yoxlanılması, işçi parametrlərinə təsiri və kavitasiya amillərinin mümkünlüyünün araşdırılması.
• Hidravlik hissə: Hidravlik modulların, porşen, silindr köynəyi, porşen qolu, silindr qapaqlarının dəyişdirilməsi və təmir edilməsiə
• Güc hissə: Yastıqlarda, kreskoplarda və dişli çarxlarda araboşluqlarının ölçülməsi, və təmir edilməsi.
• Yağlanma: Hərəkətli hissələrdə yağlanmanın düzgün aparılması və təzyiq parametrlərinin yoxlanması, yağ tərkibinin analiz edilməsi.